Logo

Fəhlə konteynerlər arasında qalaraq öldü

Fəhlə konteynerlər arasında qalaraq öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda dəniz limanında ölüm hadisəsi baş verib.

Hadisə Hövsan Dəniz Limanında qeydə alınıb.

"Hestinq-İnterprayz Corporation" şirkətinin Azərbaycanda fəaliyyət göstərən nümayəndələri tərəfindən Gürcüstandan Qazaxıstana dondurulmuş toyuq budları göndərərkən Hövsan Dəniz Limanında konteynerlərin kranla gəmiyə yüklənməsi zamanı orada fəhlə işləyən, 1988-ci il təvəllüdlü Bünyadov Ədalət Məhəmmədfüzuli iki konteynerin arasında sıxılmış vəziyyətdə qalıb.

Ə. Bünyadov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Trend bildirir ki, faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsini qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR