Logo

Daha bir avtobus qəzası: xəsarət alanlar var

Daha bir avtobus qəzası: xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Ford" markalı sərnişin mikroavtobusu ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşını zərbənin gücündən aşıb və iki nəfər xəsarət alıb. Onlardan biri 1988-ci il təvəllüdlü Lamiyə Hüseynova Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Samux rayon sakini, 1966-cı il təvəllüdlü Məlahət Əliyevaya isə həyəcanlandığından özünü pis hiss etdiyi üçün hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yerindəcə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR