Logo

Siyəzəndə ağır qəza - 2 nəfər öldü, 1-i yaralandı

Siyəzəndə ağır qəza - 2 nəfər öldü, 1-i yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Siyəzən rayonunda ağır yol qəzası baş verib.

"Qafqazinfo” xəbər verir ki, Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonu ərazisində qeydə alınıb.

Belə ki, 45 yaşlı Yaşar Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobil idarəetməni itirərərək yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlər: Bakı şəhər sakini, 71 yaşlı Larisa İvanovna Lapina və Şabran rayonunun Ağalıq kənd sakini, 27 yaşlı Mövlud Əmiraslanov hadisə yerində ölüb.

"Mercedes”də olan digər sərnişin - Bakı şəhər sakini, 31 yaşlı Nərmin  Hacıbalayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR