11 yaşı oğlanı qatar vurdu
Kateqoriya məlum deyil
Ağstafada məktəblini qatar vurub.
"Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb. Dəmir yol xəttinin qarşı tərəfinə keçmək istəyən kənd sakini, 2008-ci il təvəllüdlü Əhmədov Elburus İlham oğlunu qatar vurub.
O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






