Logo

Bakıda qəzadan sonra dava düşüb - Yaralanan var - VİDEO

Bakıda qəzadan sonra dava düşüb - Yaralanan var - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nəsimi rayonunda 3 minik avtomobili toqquşub.

Sfera.az ONA-ya istinadən xəbər verir ki, 28 may küçəsi ilə hərəkət edən "Hyundai” markalı avtomobil yol nişanın tələbini pozaraq Rəşid Behbudov küçəsinə çıxaraq "Daewoo” və "Mercedes” markalı avtomobillərə çırpılıb.

Nəticədə Mercedes-də olan sərnişin qadın xəsarət alıb. Mercedes-in sürücüsü xəsarət alan qadının qəfil huşunu itirdiyini görüb, hiddətlənərək "Hyundai"ın sürücüsünü döyüb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Dava edən şəxslər saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR