Logo

Ucarda 4 nəfər torpaq uçqunu altında qaldı

Ucarda 4 nəfər torpaq uçqunu altında qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ucar rayonunda torpaq uçqunu baş verib.

Sfera.az-ın Report-un  məlumatına görə, hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb.

Uçqun "Azərsu” ASC tərəfindən qazıntı işləri aparılan zaman olub. Nəticədə 4 nəfər uçqun altında qalıb. Xəsarət alan şəxslər torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR