Logo

Şagird özünü məktəbin binasından atdı - YENİLƏNİB

Şagird özünü məktəbin binasından atdı - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdən verilən xəbərə görə, məktəbin VIII sinif şagirdi  tədris müəssisəsinin III mərtəbəsindən yıxılıb.

İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasının toksikologiya şöbəsinə yerləşdirilib. Şagirdin ayağında sınıq var.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

13:27

Bakının Səbail rayonunda yerləşən 162 saylı orta məktəbdə bədbəxt hadisə baş verib.

ONA-nın xəbərinə görə, məktəbin VIII sinif şagirdi, 2004-cü il təvəllüdlü Yelena Hacıyeva özünü tədris müəssisəsinin 3-cü mərtəbəsindən atıb.

1 saylı şəhər klinik xəstəxanasına çatdırılan Y.Hacıyevanın vəziyyəti orta-ağır qiymətləndirilir. Ona çanaq və qabırğaların sınığı diaqnozu qoyulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma gedir.ONA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR