Logo

Su borusu partladı, kəndi su basdı

Su borusu partladı, kəndi su basdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qusar rayonunda Cağar-Cibir su borusu partlayıb.

Sfera.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Kanalın Çiləgir kəndi ərazisindən keçən hissəsində borunun partlaması nəticəsində Çiləgir kəndini su basıb. Kanala suyun verilişi dayandırılıb və təmir işlərinin aparılması üçün hazırlıq prosesinə başlanılıb.

Qusar suvarma sistemləri idarəsindən  verilən məlumata görə, qısa müddətdə təmir işlərinə başlanılacaq.

Qusar rayon İcra Hakimiyyətindən  bildirilib ki, suyun kəndə axması nəticəsində kənd sakinlərinə ziyan dəyməyib.(Ona.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR