Səhiyyə Nazirliyi yanğınla bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi yanğınla bağlı məlumat yaydı
Halı pisləşən 2 sahibkara yerində tibbi yardım göstərilib.

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşına təcili tibbi yardım göstərilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

O qeyd edib ki, nazirliyin 1 əməkdaşı isə əlindən xəsarət alıb və o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Nazirlik rəsmisi bildirib ki, bundan başqa halı pisləşən 2 sahibkara yerində tibbi yardım göstərilib.

P.Əbubəkirov qeyd edib ki, tibbi yardım briqadaları iki vətəndaşa da yardım göstərib: "Yanğın səhər saatlarında baş verən zaman ticarət mərkəzində adam az olub, ona görə də xəsarət alan olmayıb. Əraziyə 6 təcili tibbi yardım briqadası cəlb olunub”. (Report)

OXŞAR XƏBƏRLƏR