Logo

Tovuzda dəhşət: 21 yaşlı oğlan atasının aşırdığı "ZİL"in altında qaldı

Tovuzda dəhşət: 21 yaşlı oğlan atasının aşırdığı "ZİL"in altında qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində gənc oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib.

"Report"un məlumatına görə, 21 yaşlı kənd sakini Əli Abbasov atası ilə meşəyə gedərkən "ZİL" markalı yük maşını qəfildən aşıb.

Nəticədə yük yerində olan oğlan maşının altında qalıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Yük maşınının sürücüsü və Əli Abbasovun atası İltifat Abbasov isə ciddi xəsarət almayıb.

Məlumata görə, sərnişinin öldüyünü görən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR