Azərbaycanda film kimi olay: səhvən qonağı tutub döydülər

Azərbaycanda film kimi olay: səhvən qonağı tutub döydülər
Qazax rayonu Şıxlı kəndi ərazisində cari ilin yanvar və fevral aylarında bir neçə evdən oğurluq edən şəxs saxlanılıb. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Qazax rayon Şıxlı kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İsgəndər Dılışov yanvar ayının 29-da Şıxlı kəndi ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 500 ABŞ dolları və 45 manat nağd pul oğurlayıb. Daha sonra o, fevralın 19-da həmin kənd ərazisindəki başqa bir evə daxil olaraq 200 manat nağd pul oğurlayıb. İ.Dılışov saxlanılaraq istintaqa təhvil verilib.
 
Qeyd edək ki, mart ayının 3-də Şıxlı kəndində bir qrup kənd sakini yoldan ötən "Mersedes” markalı avtomobili saxlayaraq içərisindəki 3 nəfər şəxsi kənd ərazisində baş verən oğurluqları törətməkdə yanlış olaraq təqsirləndirərək münaqişə törədiblər. Nəticədə 47 yaşlı Bakı şəhər sakini Seymur Haqverdiyev, 21 yaşlı Qazax rayon sakini Maqsud Əliyev və 31 yaşlı Gürcüstan Respublikasının vətəndaşı Coşqun Ayvazov müxtəlif bədən xəsarətləri ilə Qazax rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
 
Hər iki faktla bağlı araşdırma aparılır.lent.az

OXŞAR XƏBƏRLƏR

Hüseyn Cavid prospektində yaşayış binası yanır

Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.   Sfera.az xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyasi” stansiyası...

Boşanma zamanı kredit borclarını kim ödəməlidir? - Vəkil AÇIQLADI

Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, tərəflərin həyatında həm psixoloji, həm də maliyyə baxımından yeni vəziyyətlər yaradır. Bu pros...

200 dövlətdən neçəsi Rusiyaya ümid olub ayaqda qalır?

“Rusiya tərəfindən pomidor və Azərbaycanın digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulması çağırışları çox yersizdir”.   S...

ABŞ-da azərbaycanlı mədəniyyət xadimlərinə medal verildi

Komitə əməkdaşlarının ABŞ-yə səfəri zamanı Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (National Music & Global Cul...

Ölən direktor Hökümənin bibisi oğlu imiş - FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb.   Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Orduba...

Əfqanıstanın Baş nazirinin müavini Füzulidə

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonun...