Moskvada zolaqdan çıxan Azərbaycan təyyarəsinin görüntüsü yayıldı

Moskvada zolaqdan çıxan Azərbaycan təyyarəsinin görüntüsü yayıldı

Rusiya aeroportunda zolaqdan kənara çıxan Azərbaycan təyyarəsinin görüntüsü yayılıb.

ONA-nın verdiyi məlumata görə, Bakıdan Moskvaya özəl reys həyata keçirən "Qolfstrim" təyyarəsinin görüntüləri əks olunan kadrlarda təyyarənin qarın içində batdığı müşahidə olunur. Bundan başqa, görüntüdə aeroport xidməti işçilərinin biznes jeti yerindən tərpətməyə çalışdığı görünür.

Qeyd edək ki, ötən gün günorta saatlarında Bakı-Moskva reysi ilə özəl reys həyata keçirən təyyarə Moskvanın Şeremetyevo aeroportuna eniş edərkən zolaqdan kənara çıxıb. Baş verən insidentlə əlaqədar Şeremetyevo aeroportu uçuş enmə zolağını bağlayıb, "Aeroflot" aviakompaniyası 15 reysi təxirə salıb, Moskvadan 10, Şeremetyevo aeroportu istiqamətində həyata keçiriləcək 30-a yaxın reysin vaxtı dəyişdirilib. Omsk, Nijni-Novqorod, Kazan və Novosibirsk-dən Moskvaya olan reyslər Domodedovo hava limanına yönləndirilib.

Onu da qeyd edək ki, Moskva Regionlararası İstintaq İdarəsi tərəfindən təyyarənin zolaqdan çıxması hadisəsi ilə bağlı cinayət işi açıldığı bildirilib. Vurğulanıb ki, istintaq qrupu hadisənin səbəblərini araşdırır, təyyarənin texniki vəziyyəti, ekipajın və yer xidmətlərinin hərəkətləri yoxlanılır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...