Logo

Azərbaycanda həyətində ayı saxlayan kişi tutuldu - Foto

Azərbaycanda həyətində ayı saxlayan kişi tutuldu - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Quba rayonunda həyətində ayı saxlayan kişi aşkarlanıb.

Sfera.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı "Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.

Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd "Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR