Yaponiyanın "F-2" qırıcısı dənizə düşdü
Kateqoriya məlum deyil
Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus "F-2” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Takesi İvaya bildirib.
Onun sözlərinə görə, hadisə fevralın 20-də Yaponiyanın qərbində yerləşən Yamaquti prefekturası sahillərində baş verib. Qəzaya uğrayan təyyarə Yapon dənizinə düşüb. Hər iki pilot sağ xilas edilib.
Nazir hadisə ilə bağlı araşdırma aparılacağını deyib.
Report.az






