“Seyid” Bakıda həbs edildi

“Seyid” Bakıda həbs edildi
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Bu haqda Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Seyidbəyov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 10,145 qram nrkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.Saxlanılan şəxs ifadəsində narkotik vasitəni "Seyid” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı bildirib.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamət Şöbə əməkdaşlarınını həyata keçirdikləri növbəti əməliyyat nəticəsində "Seyid” adlı şəxs qısa zamanda müəyyən edilib.

Həyata keçirilən əməliyyat nəricəsində narkotik maddələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Masallı rayon sakini Mirağa Salayev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman iki büküm, ümumi çəkisi 1kiloqram 50 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...