Logo

Azərbaycanlı 4 qat Dünya çempionu həbs edildi - FOTO

Azərbaycanlı 4 qat Dünya çempionu həbs edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

4 qat Dünya çempionu, Kikboks üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Anar Süleymanov həbs edilib.

Dünya çempionu fevralın 13-də Nərimanov rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə təsqirli bilinərək barəsində 20 gün müddətində həbs növündə tənbeh qərarı çıxarılıb.

Məlumata görə, Anar Süleymanov həyat yoldaşını döydüyü üçün onun şikayəti əsasında həbs olunub. Cütlük 2018-ci ilin avqust ayında ailə qursalar da, aralarında tez-tez münaqişələr baş verib. Nəticədə çempion həyat yoldaşına bir neçə dəfə əl qaldırıb.

Xatırladaq ki, Anar Süleymanov 2015-ci ildə yarılardan birinə üzərində kürd bayrağı olan paltarla döyüşə çıxdığı üçün gündəmə gəlmişdi. BAKU.WS

Azərbaycanlı 4 qat Dünya çempionu həbs edildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR