Qazaxda maşın ağaca çırpıldı: ölən var
Kateqoriya məlum deyil
Qazax şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan "VAZ-21011" markalı avtomobilin ağaca çırpılması nəticəsində, nəqliyyat vasitəsində olan 1997-ci il təvəllüdlü Məmmədov Elmir Arif oğlu ölüb, onun həmyaşıdı Hüseynov Roman Kamran oğlu isə ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.






