“Azərbaycanda Amerika Məktəbi”nin rəhbəri həbs olundu - Xaricdə təhsil fırıldağı

“Azərbaycanda Amerika Məktəbi”nin rəhbəri həbs olundu - Xaricdə təhsil fırıldağı
"Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadə dələduzluq ittihamı ilə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb. 

 ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E. Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur. 

Bildirilir ki, ABŞ-dakı xarici dil kurslarında oxumaq istəyən şəxslərin hər birindən viza və təhsil haqqı üçün 4 min dollar alıb. Lakin vədini yerinə yetirməyən E. Məmmədzadə müxtəlif bəhanələrlə həmin insanları sakitləşdirib.  Keçən ilin noyabr ayından isə nə tədris mərkəzinin, nə də E. Məmmədzadənin mobil telefonuna açılan zənglərə cavab verilməyib. Bundan sonra aldadılan şəxslərin bir qrupu  Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət edib və bundan sonra E. Məmmədzadə saxlanılıb. 

Məlumata görə, indiyə qədər E. Məmmədzadə tərəfindən aldadılaraq pullar alındığını bildirən 45 nəfər Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət edib. Ancaq hüquq-mühafizə orqanları E. Məmmədzadənin qurbanlarının sayının daha çox olduğunu ehtimal edir. 

Cinayət işinin istintaqı davam edir.BakuPost

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...