Çaqqalı nişan alan ata oğlunu vurdu - Qarabağda

Hadisə
13:16 / 24.01.2019
3157
Ata çaqqalı nişan aldı, amma oğlunu vurdu.
Sfera.az xəbər verir ki, hadisə işğal olunmuş Dağlıq Qarabağ ərazisində baş verib.
Ova çıxan 37 yaşlı N.S. "Sayqa MK” silahıyla çaqqalı vurmaq istəyib. Güllə vəhşi heyvana yox, onun oğlu 13 yaşlı T.S-ya dəyib. Uşaq başından yaralanıb və beyni zədələnıb, vəziyyəti ağırdı. Ov silahı müsadirə olunub və hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.