Logo

Banka hücum zamanı 5 nəfər öldürüldü

Banka hücum zamanı 5 nəfər öldürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bank soyğunçusu qarət zamanı beş nəfəri öldürüb.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatının Sebrinq şəhərində baş verib.

Belə ki, "Suntrust” bankının şöbəsinə daxil olan qarətçi ordakı insanları girov götürüb. Daha sonra polisə zəng edərək atəş açdığını və beş nəfəri öldürdüyünü bildirib. Hadisə yerinə gələn polislər soyğunçuyla danışıqlar aparmağa cəhd ediblər. Alınmayanda isə banka hücum ediblər. Nəticədə 21 yaşlı yerli sakin Zefen Ksaver saxlanılıb. Gəncin atasının dediyinə görə Zefenlə bir il əvvəl Floridaya gəliblər:

"Oğlum yaxşı insandı və heç kimi incitməyib. Amma onun bəzi problemləri var idi”.

Qeyd olunur ki, Ksaver iki həftə əvvəl işdən çıxarılıb. O, iki ay həbsxanada mühavizəçi işləyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR