Logo

Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib - FOTO

Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Surqur - Moskva reysinin istiqamətini Əfqanıstana doğru dəyişmək istəyən sərnişin saxlanılıb.

Oxu.Azxəbər verir ki, bununla bağlı Ren.TV məlumat yayıb.

15:32

Rusiyada silahlı şəxs tərəfindən qaçırılan təyyarə Xantı-Mansi aeroportunda təcili eniş edib.

Oxu.Az"Ren” TV-yə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Xantı-Mansi Muxtar Dairəsinin qubernatorunun müavini Aleksey Zabozlayev gəlib.

Bölgənin fövqəladə xidmətindən verilən məlumata görə, təyyarəni qaçıran şəxs 1978-ci il təvəllüdlü Pavel adlı şəxsdir.

15:21

Surqut-Moskva reysi ilə uçan təyyarə  şəxs tərəfindən ələ keçirilib.

Oxu.Az"Ren” TV-yə istinadən xəbər verir ki, bununla bağlı avia-dispetçer xidmətindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, silahlı şəxs təyyarənin Əfqanıstana doğru uçmasını tələb edib.

Bildirilib ki, həmin şəxs narkotik, oğurluq və  xuliqanlıq maddələri ilə əvvəllər məhkum edilib.

Təyyarədə yeddi ekipaj üzvü və 69 sərnişin var.

Təyyarə Rusiya Xantı-Mansi Muxtar Dairəsi yaxınlığında yüksəkliyini azaldıb.

Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR