Azərbaycanda “Hyundai Santafe” insanların üstünə çıxdı

Azərbaycanda “Hyundai Santafe” insanların üstünə çıxdı
Ötən gün saat 19 radələrində Qusar şəhəri F.Musayev küçəsi ilə Dağıstan küçəsinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib.

Baku.ws xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Araşdırmalar zamanı məlum olub ki, rayonun İmamqulu kənd sakini, 1986-cı il təvəllüdlü Aslanxanov Elşad Zafəddin oğlu idarə etdiyi "Hyundai Santafe” markalı 90 BR 943 dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri F.Musayev küçəsilə Qusar rayonu Avtovağzal istiqamətində hərəkətdə olan zaman həmin küçənin Dağıstan küçəsilə kəsişməsində 1998-ci il təvəllüdlü Şıxqayıbov Azad İmamnəzər oğlunun idarə etdiyi "VAZ-21154” markalı 38 BX 993 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəzadan sonra "Hyundai Santafe” markalı avtomobil hərəkət etdiyi yolla sol tərəfə doğru istiqamətlənib. Avtomobil səkiyə çıxaraq onunla qarşı-qarşıya gələn piyadaları vurub.

Hadisə nəticəsində 1971-ci il təvəllüdlü Seyfullayev İdris Fevrulla oğlu, 1972-ci il təvəllüdlü Sədiyev Kamran Bilal oğlu və 1974-cü il təvəllüdlü Salmaniv Samir Nəriman oğlunu vurub.

Nəticədə Seyfullayev İdris Fevrulla oğlu və Sədiyev Kamran Bilal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Salmanov Samir Nəriman oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...