Tərtərdə ailəli qadınla mesajlaşan kişiyə işgəncə

Tərtərdə ailəli qadınla mesajlaşan kişiyə işgəncə
Çay kənarında döyülən, alçaldılan 43 yaşlı kişi özünü bıçaqlayıb

Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib. Hadisə rayonun Ələsgərli kəndində baş verib. Kənd sakini 43 yaşlı E.Z. özünə bıçaqla xəsarət yetirdiyi üçün xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onun həmkəndlisi 28 yaşlı qadınla mesajlaşdığı səbəbindən qadının əri 35 yaşlı Fariz Əliyev, qardaşları Ramin və Ruslan, əmisi oğlanları Zamin və Bəkirlə birlikdə E.Z.-nı çay kənarına apararaq döymələri, şəxsiyyətini alçaltmaları, əl-qolunu bağlayaraq avtomobilin yük yerinə qoymaları məlum olub. E.Z. daha sonra cibində olan bıçaqla özünə xəsarət yetirərək həmin şəxslərin əlindən xilas olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır."report"

OXŞAR XƏBƏRLƏR