Bakı metrosunda həyəcan: Qatarlar tuneldə qaldı

Bakı metrosunda həyəcan: Qatarlar tuneldə qaldı
"Bakı Metropoliteni”ndə qatarların hərəkət cədvəlində problem yaranıb.

Sərnişinlərdən birinin "Qafqazinfo”ya verdiyi məlumata görə, bu gün saat 18:49 radələrində metronun "Əhmədli” stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb, 8 dəqiqəyə ünvana çatıb. Daha sonra çox aşağı sürətlə "Həzi Aslanov” stansiyasına çatıb.

Eyni problem "Xalqlar dostluğu” stansiyasında da baş verib. Belə ki, "Xalqlar dostluğu”ndan "Həzi Aslanova” hərəkət edən qatar ünvana 15 dəqiqəyə çatıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar məmmədov "Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib.

Onun sözlərinə görə, "Həzi Aslanov” stansiyasında yolayırıcında texniki nasazlıq yaranıb: "Bu səbəbdən qatarların hərəkət intervalında 5 dəqiqə fasilə yaranıb. Hazırda problemin həlli istiqamətində iş görülür”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...