Logo

Paltaryuyanın alışması evin yanmasına səbəb oldu - BAKIDA

Paltaryuyanın alışması evin yanmasına səbəb oldu - BAKIDA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının görüntüləri yayılıb.

Binanın 6-cı mərtəbəsindəki mənzildə baş verən yanğına səbəb həmin mənzildəki paltaryuyan maşının alışması olub. FHN-nin verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kv.m sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 kv.m sahədə qarsalanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR