Logo

Bakıda güclü yanğın olub - FHN-DƏN AÇIQLAMA

Bakıda güclü yanğın olub - FHN-DƏN AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda güclü yanğın olub. Yanğın hadisəsi Xətai rayonunda qeydə alınıb.

Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın (taxta konstruksiyalardan ibarət) bir hissəsinin dam örtüyü yanıb.

Yanğın saat 01:53-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İkimərtəbəli binada baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlumatda qeyd olunur ki, yanğın zamanı xəsarət alan olmayıb. Trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR