Logo

Azərbaycanda müəllim qumbara ilə özünü partlatdı

Azərbaycanda müəllim qumbara ilə özünü partlatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Nemət Bayramov sonuncu dəfə ötən gün liseydə olub. 

Bu barədə Oxu.Az-a Gədəbəy peşə liseyindən məlumat verilib.

Bildirilib ki, Nemət Bayramov problemli adam olmayıb:

"Nizam-intizamlı müəllim idi. Dekabrın 25-də şagirdlərə dərs keçib. Dünən dərsi olmayıb, amma həyat yoldaşı ilə liseyə gəlib. Onun həyat yoldaşı da liseydə kitabxanaçı işləyir”.

Liseydən bildirilib ki, Nemət Bayramovun bir qızı var:

"O da ailə həyatı qurub. Görünür, ailə problemləri olub. Liseylə əlaqəli heç bir problem yaşanmayıb”.

***

Gədəbəydə müəllim intihar edib.

Oxu.Az-ın məlumatına görə, 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov əl qumbarasını əlində partladaraq həyatına son qoyub.

Qeyd edək ki, Nemət Bayramov peşə liseyinin müəllimi olub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR