Logo

Azərbaycanlılar fermeri öldürüb arvadına təcavüz etdilər - Rusiyada şok

Azərbaycanlılar fermeri öldürüb arvadına təcavüz etdilər - Rusiyada şok
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Volqaqrad əyalətində Azərbaycan və Özbəkistandan olan altı miqrant çinli fermeri öldürüb arvadına isə təcavüz ediblər.

Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əkin sahələrində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan şübhəlilər Çin vətəndaşı olan istixana sahibinin böyük satış həyata keçirdiyini öyrəniblər.

Dəyənəklərlə silahlanan miqrantlar (altısı özbək, ikisi azərbaycanlı) ötən ilin sentyabrın 22-də gecə yarısı fermerin evinə hücum edərək onu və arvadının əllərini bağlayaraq mənzildə pul axtarışına çıxıblar. Lakin heç bir pul vəsaiti tapmayıblar.

Nəticədə kişini döyüb, arvadına isə təcavüz ediblər. Cinayəti ört-basdir etmək üçün sonda kişini öldürüblər.

İttiham olunan şəxslər haqda həbs qətimkan tədbiri seçilib. Cinayət sübuta yetirilərsə onları ömürlük həbs gözləyə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR