Logo

Gənc oğlan özünü qatarın altına atdı - Bakıda

Gənc oğlan özünü qatarın altına atdı - Bakıda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı metrosunda insident baş verib.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib. O bildirib ki, bu gün səhər saat 09:25-də gənc oğlan özünü "Həzi-Aslanov-İçərişəhər” istiqamətində hərəkət edən qatarın yoluna atıb.

Qurum rəsmisi qeyd edib ki, maşinistə qabaqcadan məlumat verilib və o, qatarı saxlayıb:

"Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir” -deyə N.Paşayev vurğulayıb. (azvision.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR