Salyanda iki “Jiquli” toqquşdu: işıqfor sıradan çıxdı
Kateqoriya məlum deyil
Bu gün Salyan şəhərinin mərkəzində, svetoforla tənzimlənən yolayrıcında iki minik maşını toqquşub.
Sfera.Az virtualaz.org-a istinadən xəbər verir ki, qəza Əlibəy Hüseynzadə və Ə.Hüseynov küçələrinin kəsişməsində "VAZ-2106" və "VAZ-2115" markalı avtomaşınlardan birinin svetoforun qırmızı işığında hərəkətini davam etdirməsi nəticəsində baş verib. Qəza nəticəsində xəsarət alan olmasa da, yenicə quraşdırılmış svetofor sıradan çıxıb.
Qeyd edək ki, adı çəkilən yolayrıcında tez-tez qəzalar baş verdiyindən və maşınlar yaxınlıqdakı evə çırpıldığından həmin yerdə az əvvəl svetofor quraşdırılmışdı. Budəfəki toqquşmada isə svetofor evi "zərbədən" qorusa da, özü tamamilə sıradan çıxıb.Faktla bağlı araşdırma aparılır.






