Lənkəranda minik və yük maşınları toqquşdu: Üç nəfər xəsarət aldı
Hadisə
12:43 / 22.05.2018
2084
Lənkəranda ağır-yol nəqliyyat hadisəsi olub.
Sfera.az "Apa"ya istinadən xəbər verir ki, Ələt-Astara magistral yolunun rayonun Bürcəli kəndindən keçən hissəsində 90-NE-057 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil ilə 01-BE-732 dövlət nömrə nişanlı KamAZ markalı yük maşını toqquşub, nəticədə 3 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər - Lənkəran rayonunun Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynal oğlu Həsənov, Bürcəli kənd sakini, 1991-ci il təvəllüdlü Asim Natiq oğlu Feyziyev və Bürcəli kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Baladdin oğlu Sovqatov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
A. Feyziyevin vəziyyəti daha ağırdır. O, qəza zamanı boyunun sağ nahiyəsinin kəsilməsi xəsarəti və ağır kəllə-beyin travması alıb. A. Feyziyev və E. Sovqatov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, VAZ 2107 markalı avtomobil ötmə əməliyyatı zamanı əks hərəkət zolağına çıxıb.
Faktla bağlı araşdırma aparılır.