Logo

Bakıda arvadını və qayınanasını öldürən şəxs polisə təslim oldu

Bakıda arvadını və qayınanasını öldürən şəxs polisə təslim oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda arvadını və qayınanasını öldürən şəxs saxlanılıb.

Sfera.az bildirir ki, ötən gecə qısqanclıq zəminində keçmiş həyat yoldaşını və qayınanasını öldürən, 1987-ci il təvəllüdlü Ramin Səfər oğlu İsmayılov Ağdam rayon Polis Şöbəsinə gedərək təslim olub.

Qeyd edək ki, hadisə mayın 21-dən 22-nə keçə gecə Bakının Xətai rayonu, Naximov küçəsində qeydə alınıb. R. İsmayılov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərovanı və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR