Bayılda SON VƏZİYYƏT
Hadisə
11:22 / 21.05.2018
2472
"Bayıl sürüşmə zonasında vəziyyət stabilləşib. Həmin ərazidə bu yayın sonunadək yəqin ki, bütün tədqiqat işlərini yekunlaşdıracağıq. Son nəticələri qısa müddət ərzində Nazirlər Kabinetinə təqdim edəcəyik. Buxta adlanan ərazidə 11 çat olan yerdə mayaklar quraşdırılıb”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə artıq nazirlik əməkdaşları əraziyə baş çəkib, son vəziyyəti öyrənirlər:
"Yaxın dəqiqələrdə son vəziyyətlə bağlı məlumat veriləcək. Bayıl dərəsində sürüşmə zonasında vəziyyət stabildir. Buxta küçəsi ərazisində, Bayıl amfiteatrı adlanan yerdə 22 qəzalı evin sakini köçürülüb. Kommunal xətlər həmin ərazidə kəsilib. Tərəfimizdən müşahidələr aparılır. Bu gün də aktivliyin olub-olmaması haqda məlumat verəcəyik”.
Nigar
Sfera.az