Abşeron və Bərdədə yanğın olub
Kateqoriya məlum deyil
Bərdə rayonunda ümumi sahəsi 455 kv.m olan birmərtəbəli tikilinin yaşayış üçün istifadə olunan hissəsində 30 kv.m sahəyə yığılmış ev əşyaları yanıb.
Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, tikili yanğından mühafizə olunub.Abşeron rayonunda da ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli tikilinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.





