Logo

DİN Masallıda üç nəfərin yanaraq ölməsi barədə məlumat yaydı

DİN Masallıda üç nəfərin yanaraq ölməsi barədə məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi Masallı rayonunda evdə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, mayın 8-də saat 2 radələrində Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan Kamran Əzimovun ümumi sahəsi 120 kvm olan 2 mərtəbəli evində yanğın baş verib.

Yanıq xəsarəti alan K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb. Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanan meyitləri tapılıb.

Faktla bağlı araşdırma aparılır

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR