Logo

DİN-dən 6 qohumun öldüyü faciəylə bağlı AÇIQLAMA

DİN-dən 6 qohumun öldüyü faciəylə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda 6 qohumun faciəli şəkildə ölməsi barədə rəsmi məlumat yayıb.

Sfera.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, mayın 7-də saat 9 radələrində Sabirabad rayonunun Şəhriyar kəndindəki pambıq sahəsinə işləməyə gedən kənd sakini Əjdər İmanovun idarə etdiyi "Belarus-892” markalı traktorun qoşqusu ayrılaraq Şorsu kanalının kollektoruna aşıb. Nəticədə qoşquda olan arvadı Məlahət İmanova, qohumları Günay Qasımova, Xəyalə Həsənova, Elnarə Məlikova, onun qızları Zəhra və Fatma suda boğulublar.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR