Suraxanıda mənzildə yanğın olub
Kateqoriya məlum deyil
Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 46 m olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb.
Sfera.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 5 m² sahədə və məişət texnikaları əriyib.Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.






