Logo

Ağdaşda evdən oğurluq edən şəxs saxlanılıb

Ağdaşda evdən oğurluq edən şəxs saxlanılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdaşda evdən oğurluq edən Kürdəmir sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, aprelin 25-də Ağdaş rayonu Ləki qəsəbə sakini Nuru Sadıqov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən 1000 manat, 5500 rus rublu , həmçinin 300 manat dəyərində qızıl üzüyün oğurlandığını bildirib.

daxil olmuş müraciət əsasında Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Nəsirov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR