Ukrayna Ali Radasının deputatını döyən şəxs Bakıda tutuldu
19:08 / 05.05.2018
3014
Ukrayna radasının deputatı Mustafa Nayemə hücum etmiş şəxslərdən biri Azərbaycanda saxlanılıb.
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbəri Arsen Avakov açıqlama verib.
Avakovun sözlərinə görə, hücum edənlərdən üçü hadisə yerində saxlanılıb və onlar barədə qətimkan tədbiri seçilib:
"Dördüncü iştirakçı isə hadisədən 20 dəqiqə sonra bilet alaraq, 2,5-3 saatdan sonra Bakıya uçub.Sərhədi keçən zaman onun şəxsiyyəti hələ müəyyən edilməmişdi.
Bununla belə aidiyyəti qurumlar onun bir neçə maddə üzrə şübhəli bilindiyi barədə məlumatlandırılıb və o, axtarışa verilib. Bu gün o, bizim azərbaycanlı həmkarlarımız tərəfindən saxlanılıb”, - deyə DİN rəhbəri bildirib.
Xatırladaq ki, aprelin 30-da Kiyevdə maşın yolunda düşən münaqişə nəticəsində aralarında Rusiya vətəndaşları olan dörd şəxs deputat Nayemə hücum edərək ona fiziki xəsarətlər yetirib.