Logo

Bakıda kişi söyüşə görə bıçaqlanıb

Bakıda kişi söyüşə görə bıçaqlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda orta yaşlı kişi söyüş söydüyünə görə bıçaqlanıb.

Sfera.Az "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsində 1975-ci il təvəllüdlü Əhmədov Azər Xanlar oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, hadisəyə səbəb kimi A.Əhmədovun tanışının ünvanına nalayiq ifadə işlətməsi göstərilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR