Logo

Mingəçevir Sənaye Parkının 4 işçisi zəhərlənərək xəstəxanaya qaldırıldı

Mingəçevir Sənaye Parkının 4 işçisi zəhərlənərək xəstəxanaya qaldırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Mingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib. 

Sfera.az "Report”-a istinadən xəbər verir ki, hadisə "Mingəçevir Tekstil” MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb.

Belə ki, əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb. Durumu ağır olan şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilən kimyəvi maddənin təsiri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR