Bakıda villa yandı
Kateqoriya məlum deyil
Bakı şəhəri Səbail rayonu ərazisində yanğın olub.
Sfera.az lent.az-a istinadən xəbər verir ki, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsində yerləşən Təyyar Məmmədova məxsus olan 3 mərtəbəli və mansardlı tikilinin mətbəxində yanğın başlayıb. 540 kvadrat metrlik evin mətbəxindəki yanğın zamanı mebellər, paltaryuyan, qabyuyan, soyuducu və kondisioner yanıb.
Bildirilir ki, hadisə vaxtı evə daimi yaşayış olmayıb və təmir gedirmiş.






