Logo

Bakıda quldurluq edən dəstənin daha bir üzvü tutuldu

Bakıda quldurluq edən dəstənin daha bir üzvü tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda quldurluq edən dəstənin daha bir üzvü tutulub.

DİN-dən Sfera.az-a  verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin digər üzvü - Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb.

Bundan əvvəl dəstənin üzvləri - Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə saxlanılıblar.

Onlar aprelin 23-də rayon ərazisindəki mağazaların birindən satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparmaqda şübhəli bilinir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR