Şamaxı-Pirqulu-Dəmirçi yolu sürüşmə nəticəsində dağıldı

Şamaxı-Pirqulu-Dəmirçi yolu sürüşmə nəticəsində dağıldı
Şamaxı rayonunda daha bir ərazidə torpaq sürüşməsi baş verib.
 
Sfera.az APA-ya istinadən xəbərinə görə, son günlər havaların yağıntılı keçməsi nəticəsində Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb.
 
Üç kəndi birləşdirən bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Pirqulu-Dəmirçi yolu  rayon mərkəzində 22 km aralıda yerləşir. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Sürüşmə belə davam edərsə yolda avtomobillərin hərəkətində çətinlik yarana bilər.

Qeyd edək ki, turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolu yenidən qurularaq istifadəyə verilib. Bu yol həm də yeni çəkilməkdə olan Dəmirçi-Lahıc yoluna birləşir.

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...