Logo

Erməni silahlı bölmələri Ağcabədi sakinini yaralayıb

Erməni silahlı bölmələri Ağcabədi sakinini yaralayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

Sfera.az "APA"ya istinadən bildirir ki, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti qənaətbəxşdir.

Müdafiə Nazirliyindən APA-ya faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR