Logo

Goranboyda icra nümayəndəliyinin binasında qumbara tapıldı - FOTOLAR

Goranboyda icra nümayəndəliyinin binasında qumbara tapıldı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün saat 10:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

Ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar olunaraq, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Goranboyda icra nümayəndəliyinin binasında qumbara tapıldı - FOTOLAR
Goranboyda icra nümayəndəliyinin binasında qumbara tapıldı - FOTOLAR
Goranboyda icra nümayəndəliyinin binasında qumbara tapıldı - FOTOLAR
Goranboyda icra nümayəndəliyinin binasında qumbara tapıldı - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR