Logo

Narkoloji Dispanserdə intihara cəhd edən şəxsin SON VƏZİYYƏTİ

Narkoloji Dispanserdə intihara cəhd edən şəxsin SON VƏZİYYƏTİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, Bakıda Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib.

Hadisə Xətai rayonunda yerləşən dispanserdə baş verib. 1968-ci il təvəllüdlü Mirzəliyev Bəbir Bəhmən oğlu dispanserdə fincanı sındıraraq, qolunu bir neçə yerdən kəsib. O, çoxlu qan itirib. Yaralı 2 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.

Səhiyyə Nazirliyindən Sfera.az-a verilən məlumata görə xəstə artıq əməliyyat olunub:

"Hadisə təxminən 3 saat əvvəl baş verib. Xəstə həmin dispanserə yenicə gətirilib. Özünə xəsarət yetirən B.Mirzəliyevin vəziyyəti ortadır. Xəstənin həddindən artıq əsəbi olduğu deyilir”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR