Magistralda 160 sürətlə "uçan" avtobus - VİDEO

Magistralda 160 sürətlə
Sərnişin avtobusu magistiral yolda yüksək sürətlə hərəkət edir.

Sfera.az "Xəzər TV"yə istinadən xəbər verir ki, kadrlar Bakı-Qazax avtomobil magistralında çəkilib. Yüksək sürətlə hərəkət edən avtobusun sürücüsü sanki magistralda yox, yarış meydançasındadır.

Sürücu avtobusu saatda 160 km sürətlə idarə edir. Sürücü hətta döngələrdə də sürətini azaltmır. 10 RO 299 dövlət qeydiyyat nişanlı avtobusun içində sərnişinlərin olub-olmadığı aydın görünmür.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burda həm videonu çəkən, həm də avtobusun sürücüsü sürət həddini kobud şəkildə pozur. Qaydalara görə, avtobusların sürəti 90km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.

Ekspert qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün mütləq sərnişin avtobuslarına nəzarət gücləndirilməlidir. Əks halda sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və bu kimi qayda pozuntuların sayı arta bilər.

Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, görüntülərə uyğun olaraq araşdırma aparılacaq. Əgər sürət həddi videoda qeyd olunduğu kimi müəyyənləşərsə, hər iki sürücüyə qanunda nəzərdə tutulan qaydada cərimə tətbiq ediləcək.

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...