Lənkəranda yol qəzası: Xəsarət alanlar var
Kateqoriya məlum deyil
Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sfera.az bildirir ki, nəticədə biri yüngül olmaqla, iki nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Onlardan birinin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Şirinsu qəsəbə sakini, 1992-ci ilə təvəllüdlü Seymur Cavad oğlu Müslümzadənin müalicəsi isə
xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.(APA)






