Mingəçevirdə məktəblilər arasında kütləvi dava: Xəsarət alan var
Kateqoriya məlum deyil
Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub. Hadisə şəhərin 11 saylı tam orta məktəbində qeydə alınıb.
Belə ki, həmin məktəbin 9-cu sinif şagirdləri arasında baş verən kütləvi dava zamanı 2003-cü il təvəllüdlü Vasif Qəşəm oğlu Abışova vintaçanla bir neçə zərbə vurulub. Ağır bədən xəsarətləri alan V.Abışov dərhal xəstəxanaya çatdırılıb. Yaralıya ilkin yardım göstərilib və əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır. (Report)






